XƏBƏRLƏR

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

5 noyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyində duran məsələlər barəsində iştirakçılara məlumat verib.

İclasda Gənclər təşkilatlarının fəaliyyətinin tənzimlənməsi haqqında, Tədris metodiki şuranın(TMŞ-nın) fəaliyyətinə dair hesabat, filialda qışa hazırlığın vəziyyəti haqqında məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlərlə əlaqədar filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, TMŞ-nın sədri, filialın Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, təsərrüfat şöbəsinin müdiri Məhəmmədəli Abdullayev çıxış ediblər. Filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filiologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, TEC-in sədri Gülər Məmmədli müzakirələrdə iştirak ediblər.

İclasın sonunda Zəfər Günü ilə əlaqədar filialda təşkil olunmuş rəsm və əl işlərindən ibarət sərgidə fərqlənən bir qrup tələbəyə, Qazax rayonu üzrə keçirilən voleybol turnirində birinci yeri tutduqlarınqa görə komandaların üzvlərinə təşəkkürnamələr verilib.

Şura iclasında bir sıra cari məsələlərə də münasibət bildirilib.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.