XƏBƏRLƏR

BDU-nun Qazax filialında “Heydər Əliyev müasir milli dövlətçiliyimizin banisidir” mövzusunda tədbir keçirilib

BDU-nun Qazax filialında “Heydər Əliyev müasir milli dövlətçiliyimizin banisidir” mövzusunda tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir milli dövlətçiliyimizin banisidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, dahi şəxsiyyətin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, Azərbaycanın müstəqilliyinin qorunması və qüdrətli dövlət kimi inkişafının təmin olunması dayanıb. Vurğulayıb ki, Heydər Əliyevin ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıyır.

İctimai və təbiərt fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov məruzə ilə çıxış edib. Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, İctimai və təbiərt fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova, həmin kafedranın müəllimi, Əməkdar müəllim İndira Vəliyeva, Azərbaycan dili və ədəbiyyatı ixtisasının II kurs tələbəsi, TEC-in sədri Gülər Məmmədli, tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Heydər Kəbirov tədbirdə çıxış edərək Ümummilli Liderin zəngin siyasi irsindən, gənclərə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm roldan bəhs ediblər. 

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.