XƏBƏRLƏR

BDU Qazax filialında Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU Qazax filialında Beynəlxalq Ana Dili Günü qeyd olunub

Bakı Dövlət Universitetinin Qazax filialında 21 ferval Beynəlxalq Ana dili günü ilə bağlı “Ana dili dövlətçiliyimiz əsas sütunudur” mövzusunda tədbir keçirilib.

Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə baş tutan tədbir ana dilinə həsr olunmuş slaytın nümayiş olunması ilə başlayıb.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, kafedranın baş müəllimlərdən Səfayə Sadıqova və Nərmin Mahmudova, kafedranın müəllimlərindən Əfranə Həsənli, Cəvahir Həsənli məruzə ilə çıxış edərək ana dilinin hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının, mədəniyyətinin və mənəvi dünyasının əsas daşıyıcısı olduğunu qeyd ediblər.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedranın baş müəllimlərdən  Mustafa Mustafayev, Heyran Vəkilova, Şəhla İbrahimova müzakirələrdə çıxış edərək ana dili ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələrindən Bəyaz Abdullayeva və Nigar Mahmudova ana dilinə həsr olunmuş şeirlər səsləndirdilər.

Filialın Mətbuat Xidməti.

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.