BDU-nun Qazax filialında elmi seminar keçirilib
- Nəşr edilib 13.05.2025 12:12

BDU-nun Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında elmi seminar keçirilib.
Kafedranın müəllimi Cəvahir Həsənli “Koroğlu dastanının təhlil və müqayisəsi” mövzusunda çıxış edib.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini doesnt Məmməd Yusifov, kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, kafedranın baş müəllimlərindən Hikmət Yusifov və Şəhla İbrahimova, müəllimlərdən Məsmə Qurbanova və Əfranə Həsənli seminarda çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti









































































































































