XƏBƏRLƏR

BDU Qazax filialının tələbələri üçün panel müzakirəsi keçirilib

BDU Qazax filialının tələbələri üçün panel müzakirəsi keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin təşkilatçılığı ilə “CareerLAB” şəbəkəsi çərçivəsində ‘‘Qlobal təhsil trendləri və gənclərin pedaqoji karyera planlaması’’ mövzusunda panel müzakirəsi keçirilib.

Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova giriş sözü ilə çıxış edərək panel müzakirələrin məqsəd və əhəmiyyətindən söz açıb.  Panel müzakirəsində moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin koordinatoru Abuhəyat Əfəndi, spiker qismində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon komitəsinin sədri Elvira Əfəndiyeva, Qazax rayonu üzrə Təhsil sektorunun aparıcı məsləhətçiləri - Məmməd Vəkilov və Gövhər Məmmədtağıyeva çıxış edərək müzakirənin məqsədinin tələbələrin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək olduğunu bildiriblər.  

Çıxışların sonunda tələbələrin sualları spikerlər tərəfindən cavablandırılıb.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.