Riyaziyyat və informatika kafedrasının elmi seminarı olub
- Nəşr edilib 09.04.2025 13:50

Riyaziyyat və informatika kafedrasının elmi seminarı olub
Bakı Dövlət Universitetinin Qazax filialında Riyaziyyat və informatika kafedrasının növbəti elmi seminarı olub. Kafedranın müdiri professor Hüseyn Xəlilov seminarın mövzusu barədə iştirakçılara məlumat verib.
Kafedranın baş müəllimi Sevinc Lahıcova “STEAM məzmunlu kurikulum, layihə əsaslı öyrənmə” mövzusunda çıxış edib. Çıxış maraqla dinlənilib və seminar diskussiya şəklində davam edib. Kafedranın baş müəllimi Aygün Əliyeva, baş müəllimi Vəfa Mustafa verdikləri suallar S.Lahıcova tərəfindən cavablandırılıb.
Filialın Mətbuat Xidməti.







































































































































