İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 22.04.2026 12:25

İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın müəllimi Həqiqət Mehdiyeva “Sədərək rayonunun arxeoloji abidələri” mövzusunda çıxış edib.
Filialın İctimai və təbiət fənləri kafedrasının müdiri, dosent Arif Veyisov, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, kafedranın müəllimlərindən - Zahid Gülümcanov və İmran Məmmədov seminarda çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti.







































































































































