XƏBƏRLƏR

BDU-nun Qazax filialında elmi-praktik konfrans keçirilib

BDU-nun Qazax filialında elmi-praktik konfrans keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Qazax rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Yazıçılar Birliyinin(AYB-nin) Qazax zona filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Türkologiyanın yüzillik yolu: “Birinci Türkoloji Qurultayın elmi irsi və müasir türkoloji tədqiqatlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra konfransın mövzusuna həsr edilmiş slayd nümayiş olunub.

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli Sərəncam imzaladığını bildirib. Qeyd edib ki, XX əsrin əvvəlləri türk xalqlarının elmi və mədəni həyatında mühüm dəyişikliklər dövrü kimi xarakterizə olunur və həmin dövrün ən mühüm hadisələrindən biri 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olmuşdur. Qurultay türk dünyasının müxtəlif ölkələrindən olan alimləri bir araya gətirərək türk dillərinin, ədəbiyyatının və mədəniyyətinin elmi əsaslarla tədqiqinə yeni istiqamətlər vermişdir.

Konfrans filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifovun moderatorluğu ilə davam edib.

AYB-nin Qazax zona filialının ədəbi məsləhətçisi, filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi Mustafa Rasimoğlu, BDU Qazax filialının İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Gülnar Qəhrəmanova məruzələrlə çıxış ediblər.

Gəncə Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aidə Həsənova “Birinci Türkoloji Qurultay: dil, mədəniyyət və elmi inteqrasiyanın tarixi əhəmiyyəti”, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tərbiyə işləri üzrə direktor müavini Turanə Məmmədova “Baş əlifba islahatçısı kimi Səməd ağa Ağamalıoğlu: Birinci Türkoloji Qurultay kontekstində fəaliyyəti”, ​BDU Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müəllimlərindən Əfranə Həsənli “Türk dillərinin ortaq kök problemi və dialektologiya”, Cəvahir Həsənli isə “Rəqəmsallaşma dövründə türk dillərinin gələcəyi: risklər və imkanlar”, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin fənn birləşmə komissiyasının sədri Mətanət Kazımova “Bakıdan doğan birlik, Birinci Türkoloji Qurultayın 100 illik mirası” mövzularında çıxış edərək Birinci Türkoloji Qurultayın elmi və mədəni əhəmiyyətinin günümüzdə də qorunduğunu, müasir tədqiqatçılar üçün örnək təşkil etdiyini bildiriblər.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.