BDU-nun Qazax filialında “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
- Nəşr edilib 30.10.2025 13:16

BDU-nun Qazax filialında “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş, 2025-ci il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində BDU-nun Qazax filialında “Bullinq və onunla mübarizə” adlı təlim keçirilib.
Təlimdə Filialın müəllimləri və Sosial iş ixtisasının I kurs tələbələr iştirak edib.
Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, keçirilən təlimin əhəmiyyətini vurğulayaraq ölkəmizdə uşaq hüquqlarının qorunmasının və onlara qayğının göstərilməsi məsələlərinin daim dövlətin diqqət mərkəzində olduğunu qeyd edib.
Təlimdə sosial işçi və təlimçi Nurlan Quliyev təqdimatla çıxış edərək bullinq problemi və onu digər davranışlardan fərqləndirən şərtlər, buller və qurban uşaqların davranışında özünü göstərən əsas əlamətlər və bu davranışın iştirakçısı olan uşaqlarla işləmə metodları barədə məlumat verib.
Tələbələrin tədbirdə aktiv iştirakçılığını təmin etmək məqsədi ilə problemin müxtəlif aspektlərini özündə əks etdirən “Doğrudur və ya doğru deyil” adlı praktik məşğələ də icra edilib.
Təlimin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Filialın Mətbuat Xidməti.










































































































































