BDU-nun Qazax filialında elmi seminar keçirilib
- Nəşr edilib 14.05.2026 09:04

BDU-nun Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın müəllimi Lətifə Əliyeva “Süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsirləri” mövzusunda çıxış edib. Mövzu slayd vasitəsilə təqdim olunub.
Seminarda filialın İctimai və təbiət fənləri kafedrasının müdiri, dosent Arif Veyisov, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Mübariz Süleymanov, kafedranın baş müəllimi Ülviyyə Bayramova, müəllimlərindən Veyis Adıgözəlov, Tahirə Rəhimova çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti.








































































































































