XƏBƏRLƏR

TƏBRİK

T Ə B R İ K

May ayının 2-si Azərbaycan elminin, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayevin doğum günüdür.  Azərbaycan ictimai-ədəbi fikir tarixində, təhsil, elm, mədəniyyət və siyasət sahəsində böyük xidmətlər göstərmiş soy-kökün nümayəndəsi olan Hafiz Paşayev böyük Mir Cəlal ocağını şərəflə təmsil edir.

İnsanlara qarşı səmimiliyi, açıqsözlülüyü, qayğıkeşliliyi, elm cameəsində çalışanlara, müəllim və tələbələrə qarşı nəcib münasibətinin, ləyaqətli şəxsiyyət kimi tanınmasının nəticəsidir ki, insanlar Hafiz müəllimə böyük etimad bəsləyir.

Hafiz Paşayevin əsasını qoyduğu “Bir müəllimin manifesti” təşəbbüsü ölkəmizdə təhsilin inkişafına böyük töhfələr verir, ADA Universiteti tərəfindən bərpa edilən Qazax Müəllimlər Seminariyası yenidən öz tarixi missiyasını davam etdirir. Burada bir əsr əvvəl yandırılan elm işığı daha geniş yayılaraq yeni nəsil maarifçilər yetişdirir.

Hafiz Paşayev bir maarifçi kimi öz diqqət və qayğısını Bakı Dövlət Universitetinin Qazax filialından da əsirgəməmiş, bu ali təhsil ocağının fəaliyyət göstərməsinə öz töhfələrini vermişdir. 

Hörmətli Hafiz müəllimi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.

Dərin hörmətlə,

                     BDU Qazax filialının kollektivi adından Direktor  Arif Rüstəmov. 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.