STEAM klubunda “Tinkercad” proqramı üzrə təqdimat keçirilib
- Nəşr edilib 17.04.2025 10:09

STEAM klubunda “Tinkercad” proqramı üzrə təqdimat keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında fəaliyyət göstərən STEAM klubunda “Tinkercad” proqramı üzrə təqdimat keçirilib. Tədbirdə Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələri 3D modelləşdirmə bacarıqlarını nümayış etdirərək öz hazırladıqları dizaynları təqdim ediblər.
Texnologiya yönümlü düşüncənin inkişafı və rəqəmsal yaradıcılığın təşviqi məqsədi ilə təşkil olunan tədbir Riyaziyyat və informatika kafedrasının baş müəllimi Sevinc Lahıcova və Fizika tədrisi laboratoriyasının müdiri Könül Ənsərovanın rəhbərliyi altında keçib.
Filialın Mətbuat Xidməti.







































































































































