XƏBƏRLƏR

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

İclasda Yaz semestrinin imtahan sessiyasının gedişatı haqqında, 2025/2026-cı tədris ilinin məzunlarının təhsil sənədinin (diplomun) elektron formada təqdim edilməsi üçün işlərin vəziyyəti haqqında məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlər barəsində filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış ediblər. Müzakirələrdə Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova iştirak  edib.

Müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab edilib.

İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.