BDU-nun Qazax filialının STEAM klubunda tələbələrin layihələri təqdim olunub
- Nəşr edilib 27.11.2025 07:40

BDU-nun Qazax filialının STEAM klubunda tələbələrin layihələri təqdim olunub
Bakı Dövlət Universitetinin Qazax filialında fəaliyyət göstərən STEAM (Science, Technology, Engineering, Art, Mathematics) klubunda növbəti tədbir keçirilib.
Tədbirdə klubun üzvü olan filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələri hazırladıqları layihələri təqdim ediblər.
Filialın tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış edərək bildirib ki, STEAM klubunun əsas məqsədi yaradıcı düşüncəni inkişaf etdirmək, tələbələrin elm, texnologiya, mühəndislik, və riyaziyyat sahələrində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyeva, klubun rəhbəri Könül Ənsərova təqdim olunan layihələr barədə söz açıblar.
Sonra tələbələrdən Aysel Əlizadə, Aynur Əhmədova, Aidə Tanrıverdiyeva, Anara Zeynalova, Rəşad Cəfərov “Alternativ enerji alınması”, Aytac Qasımzadə, Zeynəb Edilova, Nərmin Hətəmova “İşıq senzoru ilə LED idarəetmə”, Nigar Abdullayeva, Nurçin Əliyeva isə “Günəş paneli vasitəsilə kənd təsərrüfatı sahələrində enerjiyə qənaət olunması” layihələrini təqdim ediblər. Eyni zamanda, təqdimatda tələbələrdən Nuray Gürzalıyevanın “Sirkə ilə soda reaksiyası əsasında vulkanın püskürməsi” modeli, Fidan Rüstəmova və Günay Kərimlinin, Ləman Bağırova və Əfsan Hüseynovanın isə STEAM layihələri təqdim olunub.
Təqdimatın sonunda filialın Riyaziyyat və informatika kafedrasının müdiri professor Hüseyn Xəlilov çıxış edərək tələbələrin təqdim etdikləri layihələri yüksək qiymətləndirib.
Filialın Mətbuat Xidməti

















































































































































