XƏBƏRLƏR

STEAM klubunda tədbir keçirilib

STEAM klubunda tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında fəaliyyət göstərən STEAM(Science, Technology, Engineering, Art, Mathematics) klubunda tədbir keçirilib.

Tədbirdə STEAM klubu üzvlərinin layihə sərgisi təqdim olunub. Klubun üzvü olan tələbələr hazırladıqları layihələri nümayiş etdiriblər.

Tələbələrin elm, texnologiya, mühəndislik, və riyaziyyat sahələrində bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin onlarda bu sahələrə maraq yaratmaq üçün fəaliyyət göstərən STEAM klubunun əsas məqsədi yaradıcı düşüncəni inkişaf etdirmək, əməkdaşlıq etmək və tələbələrə müasir dövrün tələblərinə uyğun biliklər qazandırmaqdır.

Tədbirdə iştirak edən İnformatika və riyaziyyat kafedrasının baş müəllimlərindən Aygün Əliyeva və Sevinc Lahıcova, müəllimlərdən Tamara Dərziyeva və Könül Ənsərova təqdim olunan layihələri qiymətləndiriblər.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.