XƏBƏRLƏR

BDU-nun Qazax filialında Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Sən də könüllü ol!” adlı tədbir keçirilib

BDU-nun Qazax filialında Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Sən də könüllü ol!” adlı tədbir keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə 5 Dekabr – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Sən də könüllü ol!” adlı tədbir keçirilib.

Filialın akt zalında təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, filialın tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri olan könüllülər, gənclər iştirak edib.  

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri təbrik edib, xoş arzularını səsləndirib. Rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq gənclərlə, könüllülərlə olan bugünkü görüşün məhz filialda təşkil olunmasını onlara olan qayğının bariz nümunəsi kimi qiymətəndirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə gəncləri, könüllüləri təbrik edib, səmimi ürək sözlərini bölüşüb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən icra başçısı bu gün ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Rayon rəhbəri ötən ay ölkəmizdə keçirilən COP29 kimi mötəbər tədbirin təşkilində könüllülərin də öz töhfələrini verdiklərini vurğulayıb. 

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax RİH yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri, könüllülər çıxış edərək gənclərə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Əziz Məsmalıyev və Pəri İbrahimova Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Qazax RİH yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvü olan bir qrup könüllü isə Fəxri Fərmanla təltif olunub.

Sonda xatirə şəkli çəkilib.

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.