BDU Qazax filialının tələbəsi Gənclər Günü münasibətilə Fəxri Fərman və hədiyyə ilə təltif olunub
- Nəşr edilib 02.02.2026 09:05

BDU Qazax filialının tələbəsi Gənclər Günü münasibətilə Fəxri Fərman və hədiyyə ilə təltif olunub
Qazax rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant İsgəndər Mustafayev çıxış edərək gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüblər.
Tədbirdə gənclər siyasətinin həyata keçirilməsində və Qazax rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup gənclə yanaşı Bakı Dövlət Universitetinin Qazax filialının fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının IV kurs tələbəsi Qılınc Cəfərov da Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı və hədiyyə ilə təltif olunub.
Filialın Mətbuat Xidməti.







































































































































