BDU Qazax filialının komandası “Zəfərimiz əbədidir” adlı regional intellektual yarışda 3-cü yeri yer tutub
- Nəşr edilib 04.11.2024 15:16

BDU Qazax filialının komandası “Zəfərimiz əbədidir” adlı regional intellektual yarışda 3-cü yeri yer tutub
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsilin İnkişaf Fondunun, “”Coca-Cola” və “ATS Food” şirkətlərinin birgə dəstəyi ilə 8 Noyabr Zəfər Gününə həsr edilmiş “Zəfərimiz əbədidir” adlı regional intellektual yarış keçirilib. Bilik yarışı Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə baş tutub. Yarışda Bakı Dövlət Universitetinin Qazax filialının “Unitet front” komandası da iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə respublikamızın 16 ali və orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib. Suallar əsasən Ulu öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.
Hər birisi 12 sual olmaqla 3 mərhələdən ibarət yarış Qarabağ Universiteti tələbələrinin qalibiyyəti ilə yekunlaşıb. İkinci yeri Azərbaycan Dövlət Aqrar Universiteti tutub. Xallar bərabər olduğuna görə üçüncü yer uğrunda BDU Qazax filialının və Azərbaycan Texnologiya Universitetinin tələbələri mübarizə aparıb. Sonda ən çox xal toplayan tələbələrimiz yarışın üçüncüsü olub. “Unitet front” komandasına yarışın kuboku, pul mükafatı və sertifikatlar verilib.
Bu münasibətlə BDU Qazax filialında tədbir keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək komadanın üzvü olan tələbələri təbrik edib, onlara ən xoş arzularını bildirib. Filialın Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayıl çıxış edərək bilik yarışının gedişi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
“Unitet front” komandasının üzvü Cansu Novruzzadə söz alaraq onları qəbul edib təbrik etdiyinə və yarışda iştirak etməyə şərait yaratdığına görə filialın rəhbərliyinə komanda yoldaşları adından dərin minnətdqarlığını bildirib.
Tədbirin sonunda Arif Rüstəmov komandanın üzvü olan tələbələrə - Röyal Əmiraslanov, Fərid Mehdiyev, Barat Cəfərli, Cansu Novruzzadə, Nəsimi Əliyev və Samir Rəhimova yarışın kubokunu və Fəxri Fərmanı təqdim edib.
Filialın Mətbuat Xidməti.












































































































































