XƏBƏRLƏR

BDU-nun Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

BDU-nun Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

28 yanvar 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov girs sözü ilə çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

İclasda 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının  gedişi haqqında, Tələbələrlə aparılan ictimai-mədəni kütləvi tədbirlərə dair hesabat, BDU-nun Qazax filialında professor-müəllim heyətinin 2025-ci il üzrə reytinq qiymətləndirilməsinin nəticələri haqqında və digər cari məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlər barəsində filialın Tədris və elmi işlər üzrə direktor müavini  dosent Məmməd Yusifov, Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Tədris şöbəsinin müdiri dosent Hürü Şamilova çıxış ediblər.

Müzakirə olunan məsələlərlə bağlı Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov, Riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəliliov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, filialda apelyasiya komissiyasının sədri, pedaqogika kafedrasının müəllimi Təhməz Novruzov iclasda iştirak və çıxış ediblər.

Şura iclasında müzakirə edilən məsələlər səsə qoyularaq qəbul edilib.

İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Eyni zamanda, iclasda bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.