XƏBƏRLƏR

BDU-nun Qazax filialında Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

 

BDU-nun Qazax filialında Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

Bakı Dövlət Universiteti Qazax filialının 2024-cü il üçün  Mülki Müdafiə(MM) tədbirlər planına müvafiq olaraq 23 sentyabr 2024-cü il tarixində BDU-nun Qazax filialında  “Hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə mülki müdafdiə məşqi» mövzusunda Mülki Müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqin keçirilməsinə BDU-nun Qazax Filialinın Mülki Müdafiə rəhbəri, fövqəladə hallar komitəsinin sədri, mülki müdafiə qərargahı, mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti cəlb olunub.

Məşq “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası qanunun tələblərinin yerinə yetirilməsi, Mülki müdafiə qüvvələrinin sənədlərinin rəhbər sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq  və toplanış üzrə hazırlığının yoxlanılması, Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxeminə müvafiq olaraq fövqəladə hallara operativ reaksiya vermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, Mülki müdafiə qüvvələrinin rəhbər heyətinin xəbərdarlıq toplanışı üzrə fəaliyyətinin yoxlanılması, fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilib.

Filialın MM rəhbəri, filialın direktoru Arif Rüstəmov Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqinin məqsədi və cəlb olunan qüvvələr barədə məlumat verib.

Filialin MM üzrə qərargah rəisi MM qüvvələrinin şəxsi heyətinə MM rəhbərinin müvafiq əmrini çatdırıb. Sonra  MM qüvvələrinin şəxsi heyətinin xəbərdarlıq siqnalı üzrə təyin olunmuş yerə toplanmasına nəzarət olunub və komandir-rəis heyətinin məruzəsi dinlənilib.

Eyni zamanda,  MM qüvvələrinin təchizatı yoxlanılıb, funksional vəzifələri soruşulub və təlim tərtib olunmuş plan əsasında davam etdirilib. Məşqin keçirilməsi və aşkar olunmuş çatışmazlıqlar barədə məlumat verilib.

Sonda məşq rəhbəri məşqin keçirilmə səviyyəsini qiymətləndirib, çatışmazlıqları qeyd edib və lazımi tövsiyyələri verib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.