BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 16.03.2026 16:24

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
16 mart 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
İclasda “Buraxılış işlərinin yerinə yetirilməsi vəziyyəti haqqında”, “Tələbələrin dərsə davamiyyətinə nəzarətin təşkili haqqında”, “Tədris Metodiki Şuranın(TMŞ-nın) fəaliyyətinə dair” məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlər barəsində filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Riyaziyyat və informatika kafedrasının müdiri, TMŞ-nın sədri Hüseyn Xəlilov çıxış ediblər. Müzakirələrdə Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, filialın Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qılınc Cəfərov, filialın Tələbə Gənclər Təşkilatının sədri Aysun Bəndəliyeva iştirak ediblər.
Müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab edilib.
İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti
















































































































































