BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 27.04.2026 12:56

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
27 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyində duran məsələlər barəsində iştirakçılara məlumat verib.
İclasda tədris və istehsalat təcrübənin gedişinin vəziyyəti haqqında, kollokviumların təşkili və keçirilməsi vəziyyəti haqqında, tələbələr arasında intellektual yarışların təşkili və keçirilməsi haqqında məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlərlə əlaqədar filialın Pedaqoji, tədris və istehsalat təcrübəsinin müdiri Mətanət Məmmədova, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tələbə Gənclər Təşkilatının sədri Aysun Bəndəliyeva çıxış ediblər.
Müzakirələrdə filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, Tələbə həmkarlar təşkilatının sədri Qılınc Cəfərov, Tələbə Elmi Cəmiyyətinin sədri Gülər Məmmədli iştirak ediblər.
Şura iclasında müzakirə olunan məsələlər səsə qoyulub və qənaətbəxş hesab olunaraq qəbul edilib.
Filialın direktoru Arif Rüstəmov iclasın sonunda müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə, aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
Direktoryanı Şurada məzunlara diplom verilməsinin yeni qaydalarda təşkil olunması üçün işçi qrupunun tərkibi və həmin məsələyə məsul olan şəxsin namizədliyi təsdiq edilib.
İclasda həmçinin bir sıra digər cari məsələlərə də münasibət bildirilib.
Filialın Mətbuat Xidməti















































































































































