Əziz məzunlarımız!
- Nəşr edilib 20.08.2025 08:37

*Karyera yolunda yeni səhifə açmaq istəyənlər üçün əla xəbərimiz var!*
*“Bilik Səfəri” layihəsi müasir əmək bazarında ehtiyac duyulan texnoloji inkişaf və əlaqə mərkəzi sahələrində yeni mütəxəssislər yetişdirməyi hədəfləyir.*
*Həftəiçi və həftəsonu daxil olmaqla 3 ay davam edəcək intensiv təlimlərdə peşəkar təlimçilərlə birlikdə bilik və bacarıqlarınızı inkişaf etdirəcək, layihənin sonunda isə işlə təmin olunma şansı qazanacaqsınız.*
*Layihədə kimlər iştirak edə bilər?*
*Bakalavrın son ilində oxuyan tələbələr və məzunlar;*
*Magistr tələbələri;*
*İş təcrübəsi 10 ilə qədər olan şəxslər.*
*Təlim məkanı: Mir Cəlal Paşayev ev muzeyi*
*Qeydiyyat üçün son tarix: 25 avqust 2025*
Qeydiyyat üçün keçid edin:https://pshb.az/41Kf0HT
Əziz məzunlarımız!
Sizləri “PAŞA BANK” tərəfindən həyata keçirilən “Bilik səfəri” layihəsi çərçivəsində Gəncə şəhərində təşkil olunacaq təlimlərdə iştirak etməklə, yeni iş imkanı qazanmaq üçün bu layihəyə qoşulmağa çağırırıq. Layihədə iştirakınız region gəncləri olaraq karyeranızda ilk uğurlu addımınıza çevrilə bilər. Bu fürsəti qaçırmayın.









































































































































