XƏBƏRLƏR

BDU Qazax filialında Vətən müharibəsi iştirakçısı olan tələbələrlə görüş keçirilib

BDU Qazax filialında Vətən müharibəsi iştirakçısı olan tələbələrlə görüş keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Vətən müharibəsi iştirakçısı olub filialda təhsil alan tələbələrlə görüş keçirilib.

Filialın Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbir 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müharibə iştirakçısı olan tələbələri salamlayıb, 8 Noyabr Zəfər Günü münasibnətilə təbriklərini çatdıraraq ən xoş arzularını bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı tarixi Qələbədən danışıb

Sonra müharibə iştirakçısı olan tələbələr – Qılınc Cəfərov, Heydər Kəbirov, Nurlan Abdullayev və Orxan İsmayılzadə çıxış edərək öz müharibə təəssüratlarını bölüşüblər.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.