XƏBƏRLƏR

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialı, Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş “Yusif Səmədoğlunun ədəbi irsi: ənənə və müasirlik kontekstində” adlı elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Yusif Səmədoğlunun “Fəxri Qazaxlılar” parkında ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra Ədəbiyyat Muzeyində Xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığını əks etdirən foto-sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin, Xalq yazıçısı Yusif Səmədoğlunun və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

BDU Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifovun giriş sözündən sonra plenar iclas öz işinə başlayıb.

Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr edilmiş slayd nümayiş olunub.

BDU Qazax filialının direktoru dosent Arif Rüstəmov salamlama nitqi ilə çıxış edərək tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb. “Yusif Səmədoğlunun XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardan olduğunu” deyərək konfransın işinə uğurlar arzulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək bildirib ki, Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” Respublika Prezidenti İlham Əliyevin 4 sentyabr 2025-ci il tarixli Sərəncamı dəyərli ziyalımıza dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir.

Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, BDU Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, Gəncə Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova məruzələrlə çıxış ediblər.

Eyni zamanda, konfransda filialın Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi, AYB-nin üzvü Mustafa Rasimoğlu, həmin kafedranın müəllimlərindən - Əfranə Həsənli, Nigar Fərzəliyeva, filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Gülər Məmmədli, filologiya ixtisasının IV kurs tələbəsi Səma Əlizadə çıxış ediblər.

Konfransın sonunda Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş tələbələr arasında keçirilmiş esse müsabiqəsinin qalibi olan tələbələrə Təşəkkürnamələr təqdim olunub.

Plenar iclasdan sonra konfrans BDU Qazax filialında bölmələr üzrə öz işini davam etdirib.

Filialın Mətbuat Xidməti

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.