İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 07.05.2026 05:36

İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın müəllimi Dilşad Şamilova “Bakı prosesi – multikulturalizm həyat tərzi kimi” mövzusunda çıxış edib.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, İctimai və təbiət fənləri kafedrasının müdiri, dosent Arif Veyisov, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, kafedranın baş müəllimi Ülviyyə Bayramova, kafedranın müəllimlərindən - İmran Məmmədov,Tahirə Rəhimova, Veyis Adıgözəlov seminarda çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti







































































































































