BDU Qazax filialında “Narkomaniyaya qalib gəl, gələcəyini qazan” adlı tədbir keçirilib
- Nəşr edilib 15.10.2024 16:42

BDU Qazax filialında “Narkomaniyaya qalib gəl, gələcəyini qazan” adlı tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında “Narkomaniyaya qalib gəl, gələcəyini qazan” adlı tədbir keçirilib. Əmək və Əhalinin Sosial Medafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz regional filialının təşkilatçılığı ilə keçirilən tədbirdə filialın tələbələri iştirak edib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən maarifləndirici tədbirin məqsəd və əhəmiyyətindən danışıb, tələbələri tədbirdə fəal olmağa çağırıb.
Sonra Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz regional filialının mütəxəssisi Aytac Sanıyeva tədbirdə çıxış edərək narkomaniya və onun törətdiyi fəsasdlardan söz açıb, narkomaniyaya qalib gəlib gələcəyi necə qazanmaq yollarından danışıb.
Tədbir diskussiya şəklində davam edib, tələbələrin verdikləri suallar ətraflı şəkildə cavablandırılıb.
Qazax-Tovuz regional filialının müdir müavini Azər İmamverdiyev tədbirin keçirilməsinə şərait yaratdığına görə filialın rəhbərliyinə minnətdarlığını bilıdirib.
Filialın Mətbuat Xidməti.



















































































































































