BDU-nun Qazax filialında “Sülh Aylığı” qeyd olunub
- Nəşr edilib 17.09.2026 09:17

BDU-nun Qazax filialında “Sülh Aylığı” qeyd olunub
Bakı Dövlət Universitetinin Qazax filialında Beynəlxalq Sülh günü münasibətilə “Sülh Aylığı” mövzusunda tədbir keçirilib. Filialın H.Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) tərəfindən Beynəlxalq Sülh Günü münasibətilə 21 avqust–21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan olunduğunu bildirib, keçirilən tədbirin mühüm məqsəd və əhəmiyyət daşıdığını qeyd edib.
İctimai və təbiət fənləri kafedrasının müəllimi Cəvahir Mustafayeva məruzə ilə çıxış edərək Azərbaycan dövlətinin dünya sülh prosesinə verdiyi töhvələrdən söz açıb.
Sonra İctimai və təbiət fənləri kafedrasının müəllimi Həqiqət Mehdiyeva, təhsildə sosial-psixoloji xidmət ixtisasının IV kurs tələbəsi, filialın Tələbə-Gənclər Təşkilatının (TGT-nin) sədri Aysun Bəndəliyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi, filialın Tələbə Elmi Cəmiyyətinin(TEC-in) sədri Gülər Məmmədli çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti



































































































































