Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsi keçirilib
- Nəşr edilib 06.11.2026 19:39

Zəfər Gününə həsr olunmuş inşa müsabiqəsi keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bizimdir” adlı inşa müsabiqəsi keçirilib. Müsabiqə filialın Tələbə ədəbi yaradıcılıq dərnəyinin təşkilatçılığı ilə baş tutub.
Zəfər Gününün yaratdığı qürur, milli birlik, Vətən sevgisi və qəhrəmanlıq ruhunun gənc nəslin düşüncəsində və yaradıcılığında ifadəsini təşviq etmək məqsədilə keçirilən müsabiqədə filialın tələbələri fəal iştirak edib.
Müsabiqəyə təqdim olunmuş yaradıcılıq işləri münsiflər heyəti tərəfindən yoxlanıldıqdan sonra qaliblər müəyyən edilib. Filialın filalogiya ixtisasının IV kurs tələbələrindən Firuzə Məmmədova birinci yerə, Gülnar Yarəhmədova isə ikinci yerə layiq görülüb. Müsabiqənin üçüncü mükafatçıısı isə həmin ixtisasın I kurs tələbəsi Nuray Məmmədova olub.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov qalibləri təbrik edərək onlara sertifikatlar təqdim edib.
Filialın Mətbuat Xidməti.
































































































































