XƏBƏRLƏR

BDU-nun Qazax filialında STEAM tələbə klubunun təqdimatı keçirilib

BDU-nun Qazax filialında STEAM tələbə klubunun təqdimatı  keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında STEAM tələbə klubunun təqdimatı keçirilib. Tədbirdə klubun  təsisçiləri – Riyaziyyat və informatika kafedrasının baş müəllimi Sevinc Lahıcova, müəllim Tamara Dərziyeva, fizika tədris laboratoriyasının müdiri Könül Ənsərova  və  tələbələr  iştirak edib.

Filialın pedaqoji fənlər fakültəsinin dekanı Hamlet İlyasov çıxış edərək STEAM  klubunun başlıca vəzifəsinin tələbələrin filialda aldıqları nəzəri bilik və bacarıqların təcrübədə möhkəmləndirilməsindən ibarət olduğunu qeyd edib.

Tədris şöbəsinin müdiri Hürü  Şamilova çıxış edərək  klubun açılışı  münasibətilə  tələbələri təbrik edib, klubun üzvlərinə müvəffəqiyyətlər arzulayıb.  S.Lahıcova çıxış edərək STEAM təlimi haqqında ümumi  məlumat  verib,  fənlərarası  inteqrasiyadan  danışıb. K.Ənsərova STEAM klubunun məqsədi və istifadə olunduğu sahələrə toxunub. T.Dərziyeva STEAM  layihələri və robototexnika  barədə ümumi məlumat verib. Tələbələrdən Nigar Kazımova, Aytən Qədirova və Məsmə Xasməmmədli çıxış  edərək öz arzu  və  təkliflərini  bildiriblər.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.