XƏBƏRLƏR

Simpoziumda fəal iştirak edən tələbələrə təşəkkürnamələr verilib

Simpoziumda fəal iştirak edən tələbələrə təşəkkürnamələr verilib

30 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun müasir milli poeziyamızın zirvəsidir” mövzusunda simpozium keçirilib. Yüksək səviyyədə keçirilən tədbirdə fərqlənən tələbələr filial rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Filialın direktoru Arif Rüstəmov simpoziumda fəal iştirak edən tələbələri qəbul edərək  səmimi qəlbdən təbrik edib, onlara təhsildə və ictimai tədbirlərdə daha yüksək səviyyədə iştirak etmələrini arzulayıb.

Sonra simpoziumda fəal iştirak edən tələbələrə filialın direktorluğu adından Təşəkkürnamələr təqdim olunub.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.