"Bizim dünya - Yaşıl dünya" mövzusunda Beynəlxalq Elmi Konfrans
- Nəşr edilib 28.10.2024 10:33
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universitetinin Qazax filialı
Məlumat məktubu
Hörmətli həmkarlar!
Sizi 5-6 dekabr 2024-cü il tarixlərində Bakı Dövlət Universitetinin Qazax filialında Qazax rayon İcra Hakimiyyətinin, Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin, Hoca Əhməd Yasəvi Beynəlxalq Türk-Kazax Universitetinin və Filialın birgə təşkilatçılığı ilə keçiriləcək “Bizim dünya - Yaşıl dünya ” mövzusunda Beynəlxalq Elmi Konfransa dəvət edirik.
Konfransa aşağıdakı bölmələr üzrə tezislər qəbul olunur:
- Qlobal dünyada mədəniyyətlərarası dialoq: müasirlik və perspektivlər
- Yaşıl iqtisadiyyat davamlı inkişafın modeli kimi
- Təhsil və tədqiqat fəaliyyətinin pedaqoji və psixoloji məsələləri elmi araşdırmalarda
- Cəmiyyətin polietnikliyi, multikulturalizm və milli birlik problemi
- Yaşıl dünya təhsilin və elmin inkişafı konteksində
Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:
- Vərəqin ölçüsü - A4, Times New Roman 12 pt; boş sahə hər tərəfdən - 2sm; sətirarası interval - 1,5sm; abzas - 1,25 sm;
- Tezisin adı - ortada, qalın şriftlə, böyük hərflərlə;
- Müəllifin soyadı, adı, ata adı, iş yeri, elektron poçt ünvanı; abzasdan xülasə və açar sözlər kursivlə;
- Tezisin mətni 1- 2 səhifə.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus, ingilis İştirak forması: Ənənəvi və onlayn
Tezislər 15.11.2024-cü il tarixinədəkBu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.elektron ünvanında qəbul olunur. Konfransın materialları antiplagiat arayış üçün təqdim ediləcəkdir. Limit 25%
Ünvan: Az 3500, Qazax şəhəri, Heydər Əliyev prospekti,150
Bakı Dövlət Universitetinin Qazax filialı.
E-mail:Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tel: (02229) 5-27-08







































































































































