Beynəlxalq Elmi Simpoziumun materialları kitab şəklində çap olunub
- Nəşr edilib 03.03.2026 07:20

Beynəlxalq Elmi Simpoziumun materialları kitab şəklində çap olunub
Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti Qazax filialının, Ərzincan Binəli Yıldırım Universiteti və Hoca Ahmet Yasevi Uluslararası Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə 05-06 dekabr 2024-cü il tarixlərində Beynəlxalq Elmi Simpozium keçirilmişdir. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar BDU Qazax filialında keçirilmiş simpozium “Yaşıl dünya – Bizim dünya” mövzusuna həsr olunmuşdur.
Bu günlərdə BDU-nun Qazax filialı Direktorluğunun 27.12.2024-cü il tarixli(protokol № 16) iclasının qərarı ilə simpoziumun materialları kitab şəklində çap olunub. Kitaba elmi tədbirdə iştirak edən müəlliflərin materialları toplanıb.
Simpoziumun layihə rəhbəri BDU-nun Qazax filialının direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmovdur. Kitabın redaktoru BDU Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdir əvəzi, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, elmi məsləhətçisi filialın Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifovdur.
Bununla yanaşı, kitabda ingilis və rus dillərində çap olunmuş mətnlər üzrə məsul şəxs filialın müəllimlərindən Vəsilə Hacıyeva və Şəhla İbrahimovadır.
Nəfis şəkildə nəşr edilmiş, 398 səhifədən ibarət olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Filialın Mətbuat Xidməti.







































































































































