BDU-nun Qazax filialının İctimai və təbiət fənlər kafedrasında elmi seminar keçirilib
- Nəşr edilib 03.06.2024 11:23

BDU-nun Qazax filialının İctimai və təbiət fənlər kafedrasında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının İctimai və təbiət fənləri kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın müəllimi Zahid Gülümcanlının “Müasir avadanlıqların respublika daxilindəki yararsız torpaqlara tətbiqinin əhəmiyyəti” mövzusunda elmi məruzəsi dinlənilib.
Filialın Elmi işlər üzrə komissiyasının və İctimai və təbiət fənləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedra müdiri dosent Arif Veyisov, kafedranın əməkdaşları və tələbələr iştirak edib.
Seminarda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Filialın Mətbuat Xidməti










































































































































