BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 29.10.2025 12:53

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
29 oktyabrl 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
İclasda Kafedralarda elmi-tədqiqat işləri və tədrisin təşkili vəziyyəti haqqında, Tələbələrin dərsə davamiyyətinə nəzarətin təşkili və Kollokviumların təşkili və keçirilməsi vəziyyəti haqqında məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlər barəsində filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov çıxış ediblər.
İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti













































































































































