XƏBƏRLƏR

BDU-nun Qazax filialında “Uşaq Hüquqları Aylığı” çərçivəsində təlim keçirilib

BDU-nun Qazax filialında “Uşaq Hüquqları Aylığı” çərçivəsində təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş 2025-ci il 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında “Uşaq hüquqlarının müdafiəsi və sağlamlığının qorunması” adlı təlim keçirilib.

Filialın Pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov giriş sözü ilə çıxış edərək keçirilən təlimin gənc nəsil üçün əhəmiyyətli olduğunu bildirib.

Tədris şöbəsinin müdiri Hürü Şamilova uşaqların öz hüquqlarını bilmələri ilə yanaşı vəzifələrini də öyrənmələrinin önəmini vurğulayıb.

Təlimdə Pedaqoji fənlər kafedrasının müəllimi və təlimçi Vəfa İlyasova təqdimatla çıxış edərək iştirakçılara uşaq hüquqlarının müdafiəsi və sağlamlığının qorunması metodları barədə məlumat verib.

Tələbələrin tədbirdə aktiv iştirakını təmin etmək məqsədi ilə problemin müxtəlif aspektləri video slaydlar şəklində göstərilib.

Təlimin gedişində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.