XƏBƏRLƏR

BDU Qazax filialında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

BDU Qazax filialında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Elm və vətənə xidmət: Akademik Yusif Məmmədəliyevin elm yolu” adlı tədbir keçirilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək akademik  Y.Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncam imzaladığını diqqətə çatdırıb. Qeyd edib ki, neft-kimya elmində  kəşfləri Y.Məmmədəliyevə şöhrət qazandırmışdır. Respublikamızda bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır.

Sonra Y.Məmmədəliyevin həyat və elmi fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov,  İctimai və təbiət fənləri kafedrasının müəllimlərindən Həmidə Hüseynova, Rəhminə Məmmədova, Sevda Məmmədəliyeva, Kimya və biologiya müəllimliyi ixtisasının IV kurs tələbələrindən Xəyal Şıxəliyev, Nurcan Çobanzadə, III kurs tələbəsi Ləman Əliyeva, II kurs tələbəsi Arzu Əliyeva müxtəlif mövzulara həsr olunmuş məruzələrlə çıxış ediblər.

Filialın direktoru Arif Rüstəmov tədbirə yekun vuraraq geniş məzmunlu məruzələrə görə müəllim və tələbələrə minnətdarlığını çatdırıb, Y.Məmmədəliyevin yubileyinin filialda silsilə tədbirlərlə qeyd ediləcəyini bildirib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.