XƏBƏRLƏR

BDU-nun Qazax filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

BDU-nun Qazax filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında 27 Sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş “27 centyabr - Böyük Qələbətyə aparan tarix” adlı tədbir keçirilib .

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə BDU Qazax filialının direktoru  Arif Rüstəmov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva, professor-müəllim heyəti, tələbələr iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsinə həsr olunmuş tələbələrin əl işlərindən və rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra 27 Sentyabr - Anım Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.  

Tədbirin aparıcısı, filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb.

Filialın direktoru  Arif Rüstəmov giriş sözü ilə çıxış edərək ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildirib.

Qazax RİHB Aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək Qazax rayonunda şəhidlərin adlarının əbədiləşdirilməsindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.

Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov məruzə ilə çıxış edərək Vətən müharibəsindən, torpaqlarımızıən işğaldan azad edilməsi uğrunda mərd oğulların apardıqları ölüm-dirim savaşından, əldə olunmuş Böyük Zəfərdən söz açıb.

İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova, filialın Mətbuat üzrə mütəxəssisi, şair-publisist Elçin İsmayıl, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi, müharibə veteranı Mustafa Rasimoğlu çıxış edərək 44 günə şanlı Zəfərlə başa çatan “Dəmir yumruq” əməliyyatının hərb tariximizə qızıl hərflərlə yazıldığını, Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini qeyd ediblər.

Sonra Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi, TEC sədri Gülər Məmmədli, həmin ixtisasın İV kurs tələbəsi Ağca Yusifova, Turizm işinin təşkili ixtisasının II kurs tələbəsi Məhəmməd Qaravəliyev çıxış edərək Şanlı Zəfərə həsr olunmuş şeirləri səsləndiriblər.

Filialın Mətbuat Xidməti.

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.