Respublika Elmi Konfransın materialları kitab şəklində çap olunub
- Nəşr edilib 11.03.2026 07:29

Respublika Elmi Konfransın materialları kitab şəklində çap olunub
Qazax Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universiteti Qazax filialının birgə təşkilatçılığı ilə 28 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir.
Bu günlərdə BDU-nun Qazax filialı Direktorluğunun 24.12.2025-ci il tarixli(protokol № 5) iclasının qərarı ilə konfransın materialları kitab şəklində çap olunub. Kitaba konfransda iştirak edən müəlliflərin materialları toplanıb.
Konfransın layihə rəhbəri BDU-nun Qazax filialının direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmovdur. Kitabın redaktoru BDU Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdir əvəzi, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, elmi məsləhətçisi filialın Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifovdur.
Eyni zamanda, kitabda ingilis və rus dillərində çap olunmuş mətnlər üzrə məsul şəxs filialın müəllimlərindən Vəsilə Hacıyeva və Şəhla İbrahimovadır.
Nəfis şəkildə nəşr edilmiş, 327 səhifədən ibarət olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Filialın Mətbuat Xidməti.







































































































































