Təhsil Tələbə Krediti Fondu BDU Qazax filialında maarifləndirmə tədbiri keçirib
- Nəşr edilib 17.10.2024 07:20

Təhsil Tələbə Krediti Fondu BDU Qazax filialında maarifləndirmə tədbiri keçirib
Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Tələbə Krediti Fondu(TTKF) maarifləndirici tədbir keçirib. Tələbələrin iştirakı ilə keçirilən tədbirdə fondun baş mühasibi Məhəmmədəli Abdinov, baş mütəxəssislərdən Mirşahin Abdullayev və Əli Rzayev iştirak edib
Filailın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək maarifləndirmə tədbirinin məqsəd və əhəmiyyətindən danışıb, tələbələri Təhsil Tələbə Krediti Fondundan(TTKF) faydalanmağa çağırıb.
Fondun əməkdaşları tərəfindən tələbələrə TTKF-in fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar əməkdaşlar tərəfindən cavablandırılıb.
Filialın Mətbuat Xidməti
















































































































































