XƏBƏRLƏR

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib

Bu gün Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun növbəti  iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası açıq elan edərək gündəlikdə duran məsəslələr haqqında iştirakçılara məlumat verib.

İclasın gündəliyinə daxil olan BDU-nun Qazax filialında 2023-2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi haqqında, akkreditasiyaya hazırlıq prosesinin gedişatı haqqında məsələlər geniş müzakirə olunub.

Filialın kafedra müdirləri və aidiyyatı struktur rəhbərləri akkreditasiya ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Filialın direktoru Arif Rüstəmov məlumatları dinlədikdən sonra kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Aparılan geniş müzakirələrdən sonra görülmüş işlər qənaətbəxş hesab edilib.

İclasıın sonunda müzakirə olunan məsələlər haqqında müvafiq qərarlar qəbul olunub.

Eyni zamanda, iclasda bir sıra cari məsələlər də müzakirə edilib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.