BDU-nun Qazax filialında DYPB –nin əməkdaşları ilə görüş keçirilib
- Nəşr edilib 29.05.2024 11:29

BDU-nun Qazax filialında DYPB –nin əməkdaşları ilə görüş keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə tələbələrə küçələrdə, yollarda işıqforlarla necə davranmaları, piyadaçının vəzifəsi və yol hərəkəti qaydalarına riayət etmələri mövzusunda söhbət aparılıb.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Rayon polis şöbəsinin yetginlik yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, rayon polis şöbəsinin DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Babək Həsənov yol hərəkəti qaydaları və işıqforlarla necə davranmaq barədə proflaktiki söhbət aparıblar. Filialın hüquqşünası Tahir Quliyev, filialın pedaqoji fakültəsinin dekanı Hamlet İlyasov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirin sonunda tələbələrin verdikləri suallar cavablandırılıb.
Filialın Mətbuat xidməti













































































































































