Kitabxana haqqında
- Nəşr edilib 09.06.2024 16:30
- Çap
Kitabxana
Bakı Dövlət Universitetinin Qazax filialının kitabxanası ali məktəbin aparıcı struktur bölmələrindən biri olaraq tədris, elmi-tədqiqat və təlim-tərbiyə işi üzrə fəaliyyətin həyata keçirilməsində bu prosesin iştirakçılarını elmi-metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edir. Həmçinin elmi bilikləri, intellektual əlaqələri yayır, oxucuların informasiya tələbatını ödəyir və onların sorğularına uyğun şəkildə məlumat-biblioqrafiya xidməti göstərir.
Kitabxana aşağıdakı vəzifələri yerinə yetirir:
Filialın kitabxana fondunu respublikamızda və xarici dövlətlərdə nəşr edilən elmi-metodik, tədris, pedaqoji, psixoloji, ictimai-siyasi və filialın profilinə uyğun digər sahəvi ədəbiyyatla komplektləşdirmək;
- Kitabxana fondunun komplektləşdirilməsi mənbələrini müəyyənləşdirilməsində iştirak etmək;
- Ədəbiyyatları elmi və texniki cəhətdən işləyib ayırmaq;
- Çap nəşrlərinin ümumi və fərdi uçotunu təmin etmək, fondu kataloqlaşdırmaq;
- Kitab fondunun təkmilləşdirilməsi üzrə dekanlıq və kafedralarla birgə iş aparmaq;
- Respublika və region kitabxanaları ilə əlaqə yaratmaq;
- Kitabxanada abonoment və oxu zalında oxuculara xidmət işi göstərmək, onlarla fərdi iş aparmaq;
- Məlumat biblioqrafiya işi aparmaq, oxucuların sorğularına şifahi cavab vermək;
- Oxu zalında elmi axtarışlara köməklik etmək ;
- İnternetə çıxış imkanının təmin edilməsi ilə BDU-nun bdu.edu.az. saytından istifadəni təmin etmək;
- Köhnəlmiş və yararsız hala düşmüş kitabları kitabxana fondundan silmək;
- Kitabxanaya dəymiş ziyanın ödənilməsini tələb etmək;
- Əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsində iştirak etmək;
- Bu Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Kitabxananın 5 nəfər əməkdaşı var.
1 Kitabxana müdiri Kəmalə Qocayeva
2 Biblioqraf Aynurə Əliyeva
3 Kitabxanaçı Ülviyyə Salmanova
4 Kitabxanaçı Anara Alməmmədova
5 Kitabxanaçı Nurlanə Şahniyarova
Kitabxananın əsasnaməsi