ADA Universiteti BDU-nun Qazax filialına tarixi kitab hədiyyə edib

ADA Universiteti BDU-nun Qazax filialına tarixi kitab hədiyyə edib

ADA Universiteti nəcib bir təşəbbüslə çıxış edərək “Azərbaycan” qəzetinin (1918-1920)
külliyatının nəşrini (20 cildliyə) həyata keçirir. ADA-nın dəstəyi ilə reallaşan bu
təşəbbüsə paralel olaraq, eyni zamanda universitet qəzetdə bəzi tarixi şəxsiyyətlərin
fəaliyyətini və yaxud müəyyən vacib mövzuların işıqlandırılmağı, oxucuların diqqətinə
toplu bir halda təqdim etməyi nəzərdə tutub.
Bu seriyadan olan ikinci kitab “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli
Sərəncamına müvafiq olaraq M.Ə.Rəsulzadənin 140 illiyinə həsr edilib.
Bu günlərdə ADA Universiteti tərəfindən “Azərbaycan” yazıları seriyasından olan
Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş cildi Bakı Dövlət Universiteti Qazax
filialına hədiyyə edilib. Tarixi kitab olduqca dəyərli və əhəmiyyətlidir.
Qazax filialını tarixi, səmərəli, lazımlı, zəruri olan materiallarla təmin etdiyinə, diqqət
göstərdiyinə görə təhsil ocağının kollektivi adından ADA Universitetinin rəhbərliyinə öz
dərin minnətdarlığımızı bildirirk.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.