KAFEDRALAR

“İctimai və təbiət fənləri” kafedrası haqqında

“İctimai və təbiət fənləri” kafedrası

Bakı Dövlət Universitetinin Qazax filialının əsas struktur bölməsindən biri olan “İctimai və təbiət fənləri” kafedrası mövcud Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində filialda müasir standartlara cavab verən yüksək səviyyəli kadr hazırlığı üçün tədris prosesinin planlaşdırılması, təşkili və həyata keçirilməsində iştirak edir. Kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununu, Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində İslahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, Filialın Əsasnaməsini, normativ aktları, Direktorun əmr, sərəncam və göstərişlərini, Filialın Direktorluğunun qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarını və elmi-metodiki tövsiyələrini rəhbər tutur. İctimai və təbiət fənləri”  kafedrası fakültə, kafedralar və filialın digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.

Kafedra BDU-nun Qazax filialının əsas tədris və elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın  fənlər üzrə tədris, tədris-metodiki, elmi-tədqiqat və təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir.

Kafedranın əməkdaşları tədris prosesi ilə yanaşı müəyyən plana uyğun olaraq öz ixtisasları üzrə elmi tədqiqat işləri aparır və alınan nəticələri uyğun elmi jurnallarda çap etdiirirlər.

Kafedra aşağıdakı vəzifələri yerinə yetirir:

  • Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki, seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • Magistrlik dissertasiyalarına, buraxılış işlərinə, pedaqoji, tədris, istehsalat, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinə, tələbələrin sərbəst işlərinə rəhbərlik edilməsi;
  • Tələbələrin pedaqoji, tədris, istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin təşkili və keçirilməsinin təmin edilməsi;
  • Tədris ilinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının təşkili və həyata keçirilməsi işində iştirak;
  • Təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • Elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • Kafedra əməkdaşlarının tədris, tədris-metodiki, elmi və digər işlərinin, fərdi planlarının hazırlanması və həyata keçirilməsi.
  • Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

“İctimai və təbiət fənləri” kafedrasında buraxılış ixtisasları və ixtisaslaşmaları aşağıdakılardır:

Bakalavriat təhsil səviyyəsi üzrə

  1. Tarix müəllimliyi (əyani);
  2. Tarix və coğrafiya müəllimliyi (əyani)
  3. Tarix (əyani və qiyabi);
  4. Kimya və biologiya müəllimliyi (əyani);
  5. Sosial iş (əyani və qiyabi);
  6. Turizm işinin təşkili (əyani və qiyabi)

Magistratura təhsil səviyyəsi üzrə

  1. Tarix fənninin tədrisi metodikası və metodologiyası;
  2. Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş;
  3. Turizm işi.

“İctimai və təbiət fənləri” kafedrasınnın  29 nəfər əməkdaşı var.

1    Arif Veyisov      Dosent, Kafedra müdiri

2    Zeynəb Mustafayeva  Baş müəllim

3    Ülviyyə Bayramova     Baş müəllim

4    Tərlan Bədəlova         Baş müəllim

5    Məmmədəliyeva Sevda        Baş müəllim

6    Emelya Əmirova         Baş müəllim

7    İndira Vəliyeva  Müəllim

8    İmran Məmmədov      Müəllim

9    Veyis Adıgözəlov        Müəllim

10   Elgünara Alməmmədova       Müəllim

11   Mehdiyeva Həqiqət     Müəllim

12   Günay Binnətova        Müəllim

13   İlahə Süleymanova     Müəllim

14   Pəri Məmmədova       Müəllim

15   Rəhminə Məmmədova         Müəllim

16   Könül Abbasova         Müəllim

17   Günay Talıbova          Müəllim

18   Zahid Gülümcanlı       Müəllim

19   Tahirə Rəhimova        Müəllim

20   Günel Alıyeva   Müəllim

21   Şəhla  Məmmədova    Müəllim

22   Cəvahir Mustafayeva  Müəllim

23   Dilbər Yusifova Müəllim

24   Dilşad Şəmilova          Müəllim

25   Əfsanə Əsgərova       Müəllim

26   Aynur Məmmədova    Müəllim

27   Həmidfə Hüseynova   Müəllim

28   Gözəl Cəfərova Laborant

29   Hilal Məmmədəliyeva  Laborant

“İctimai və təbiət fənləri” kafedrasının Əsasnaməsi

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.