KAFEDRALAR

Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrası haqqında

“Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrası

Bakı Dövlət Universitetinin Qazax filialının əsas struktur bölməsindən biri olan “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrası mövcud Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində filialda müasir standartlara cavab verən yüksək səviyyəli kadr hazırlığı üçün tədris prosesinin planlaşdırılması, təşkili və həyata keçirilməsində iştirak edir. Kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununu, Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində İslahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, Filialın Əsasnaməsini, normativ aktları, Direktorun əmr, sərəncam və göstərişlərini, Filialın Direktorluğunun qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarını və elmi-metodiki tövsiyələrini rəhbər tutur. Dil, ədəbiyyat və onların tədrisi metodikası”  kafedrası fakültə, kafedralar və filialın digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.

Kafedra BDU-nun Qazax filialının əsas tədris və elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın  fənlər üzrə tədris, tədris-metodiki, elmi-tədqiqat və təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir.

Kafedranın əməkdaşları tədris prosesi ilə yanaşı müəyyən plana uyğun olaraq öz ixtisasları üzrə elmi tədqiqat işləri aparır və alınan nəticələri uyğun elmi jurnallarda çap etdiirirlər.

Kafedra aşağıdakı vəzifələri yerinə yetirir:

  • Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki, seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • Magistrlik dissertasiyalarına, buraxılış işlərinə, pedaqoji, tədris, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinə, tələbələrin sərbəst işlərinə rəhbərlik edilməsi;
  • Tələbələrin pedaqoji, tədris, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin təşkili və keçirilməsinin təmin edilməsi;
  • Tədris ilinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının təşkili və həyata keçirilməsi işində iştirak;
  • Təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • Elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • Kafedra əməkdaşlarının tədris, tədris-metodiki, elmi və digər işlərinin, fərdi planlarının hazırlanması və həyata keçirilməsi.
  • Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

“Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasında buraxılış ixtisasları və ixtisaslaşmaları aşağıdakılardır:

Bakalavriat təhsil səviyyəsi üzrə

  1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani);
  2. Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (əyani və qiyabi).

Magistratura təhsil səviyyəsi üzrə

  1. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası.

“Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasınnın  21 nəfər əməkdaşı var.

№        Adı və soyadı  Vəzifəsi

1          İradə  Arıxova Baş müəllim

2          Valeh Nəsibov            Dosent

3          Heyran  Vəkilova        Baş müəllim

4          Balabəyim  Qədimova            Baş müəllim

5          Səfayə Sadıqova        Baş müəllim

6          Şəhla İbrahimova       Baş müəllim

7          Hikmət Yusifov           Baş müəllim

8          Mustafa Mustafayev   Baş müəllim

9          Zülfiyyə Adıgözəlova  Baş müəllim

10        Vəsilə Hacıyeva         Müəllim

11        Leyla İbrahimli            Müəllim

12        Türkan  Məmmədova Müəllim

13        Cəvahir Həsənli          Müəllim

14        Ceyran Əliyeva           Müəllim

15        Məhbubə Musayeva   Müəllim

16        Sanurə Səmədova     Müəllim

17        Nərmin Mahmudova   Müəllim

18        Əfranə  Həsənli          Müəllim

19        Yalçın Həsənov          Müəllim

20        Nigar Fərzəliyeva       Müəllim

21        Ruqiyyə Salehova      Laborant

“Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının Əsasnaməsi

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.