KAFEDRALAR

“Riyaziyyat və İnformatika” kafedrası haqqında

“Riyaziyyat və informatika” kafedrasi

Bakı Dövlət Universitetinin Qazax filialının əsas struktur bölməsindən biri olan “Riyaziyyat və informatika” kafedrası mövcud Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində filialda müasir standartlara cavab verən yüksək səviyyəli kadr hazırlığı üçün tədris prosesinin planlaşdırılması, təşkili və həyata keçirilməsində iştirak edir. Kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununu, Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində İslahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, Filialın Əsasnaməsini, normativ aktları, Direktorun əmr, sərəncam və göstərişlərini, Filialın Direktorluğunun qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarını və elmi-metodiki tövsiyələrini rəhbər tutur. Riyaziyyat və informatika”  kafedrası fakültə, kafedralar və filialın digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.

Kafedra BDU-nun Qazax filialının əsas tədris və elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın  fənlər üzrə tədris, tədris-metodiki, elmi-tədqiqat və təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir.

  • Kafedranın əməkdaşları tədris prosesi ilə yanaşı müəyyən plana uyğun olaraq öz ixtisasları üzrə elmi tədqiqat işləri aparır və alınan nəticələri uyğun elmi jurnallarda çap etdiirirlər.
  • Kafedra aşağıdakı vəzifələri yerinə yetirir:
  • Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya işlərinin, praktiki, seminar və digər dərslərin yüksək elmi-nəzəri və metodiki səviyyədə aparılması;
  • Magistrlik dissertasiyalarına, buraxılış işlərinə, pedaqoji, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinə, tələbələrin sərbəst işlərinə rəhbərlik edilməsi;
  • Tələbələrin pedaqoji, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrinin təşkili və keçirilməsinin təmin edilməsi;
  • Tədris ilinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının təşkili və həyata keçirilməsi işində iştirak;
  • Təhsilalanlar arasında tərbiyə işinin təşkili;
  • Elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;
  • Kafedra əməkdaşlarının tədris, tədris-metodiki, elmi və digər işlərinin, fərdi planlarının hazırlanması və həyata keçirilməsi.
  • Əsasnaməyə uyğun olaraq nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

“Riyaziyyat və informatika” kafedrasında buraxılış ixtisasları və ixtisaslaşmaları aşağıdakılardır:

Bakalavriat təhsil səviyyəsi üzrə

  1. Riyaziyyat müəllimliyi (əyani);
  2. Riyaziyyat və informatika müəllimliyi (əyani)
  3. İnformatika müəllimliyi (əyani);
  4. Fizika müəllimliyi (əyani).

Magistratura təhsil səviyyəsi üzrə

  1. Riyaziyyatın tədrisi metodikası və metodologiyası.
  2. İnformatika fənninin tədrisi metodikası və metodologiyası.

“Riyaziyyat və informatika” kafedrasınnın  17 nəfər əməkdaşı var.

1  Hüseyn Xəlilov    Professor, Kafedra müdiri

2  Alı Sofuyev         Dosent

3  Rafiq  Vəliyev     Dosent

4  Abdulkərimov Məmməd          Baş müəllim

5  İradə Məmmədova        Baş müəllim

6  Aygün Əliyeva    Baş müəllim

7  Sevinc  Əmiraslanova   Baş müəllim

8  Şahilə Əmirova   Baş müəllim

9  Vəfa Mustafa      Baş müəllim

10 Sevinc Lahıcova Baş müəllim

11 Leyla Səmədova Müəllim

12 Tahirə Abdullayeva       Müəllim

13 Gülzar Kərimova Müəllim

14 Günel Balayeva  Müəllim

15 Aytac Hüseynova          Müəllim

16 Tamara Dərziyeva        Müəllim

17 Aysel Müftizadə  Laborant

“Riyaziyyat və İnformatika” kafedrasının Əsasnaməsi

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.