Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçiriləcək
“Heydər Əliyev İli” çərçivəsində 2023-cü il 23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Ədəbiyyat Muzeyində keçiriləcək Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılacaqlar.
Beynəlxalq Elmi Konfransda Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanın keçmiş səfiri, diplomat Hulusi Kılıc, Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, Azərbaycan Dillər Universitetindən dosent Misgər Məmmədov, Naxçıvan Dövlət Universitetin-dən Fil.ü.f.d.dos. Bağır Babayev, AMEA Folklor İnstitutunun şöbə müdiri dosent Fidan Qasımova, AMEA Folklor İnstitutunun Qadınlar Şurasının sədri dosent Aynur İbrahi-mova və başqaları iştirak edəcəklər.
“Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda baş tutacaq Beynəlxalq Elmi Konfransda elmi məruzələr dinləniləcək, çıxışlar olacaqdır.