XƏBƏRLƏR

BDU Qazax filialında “bdu-qazax.edu.az” saytının təqdimatı keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında filialın rəsmi saytı olan “bdu-qazax.edu.az” saytının təqdimatı münasibətilə tədbir keçirilib. Tədbirdə filialın professor–müəllim heyəti, tələbələr iştirak edib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyətindən danışıb. Qeyd edib ki, sayt filialda keçirilən tədbirlərin, müəllim və tələbələrin əldə etdikləri nəaliyyətlərin, istedadlı tələbələrin uğurlarının daha geniş oxucu auditoriyasına çatdırılması məqsədilə yaradılmışdır.

Filialın Mətbuat xidmətinin rəhbəri, saytın redaktoru Elçin İsmayıl çıxış edərək “bdu-qazax.edu.az” saytı və həmçinin filialın facebook  səhifəsi olan “bdu-qazax filialı” səhifəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova tədbirdə çıxış edərək yeni saytın filialın həyatında mühüm rol oynayacağını qeyd ediblər.

Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kurs tələbəsi Tərlan Aslanlı tələbələr adından çıxış edərək saytın fəaliyyətə başlanmasına görə filialın rəhbərliyinə minnətdarlığını bildirib.

Filialın Mətbuat Xidməti

 

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.