- Nəşr edilib 17.04.2024 12:48

BDU-nun Qazax filialında elmi seminar olub
17 aprel 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Riyaziyyat və İnformatika kafedrasınnın elmi seminarı olub.
Fizika elmləri namizədi dosent Rafiq Vəliyev “Yarımkeçirici materialların qalvanomaqnit xassələri” mövzusunda çıxış edib. Çıxış maraqla dinlənilib və seminar diskussiya şəklində davam edib. Riyaziyyat və İnformatika kafedrasının müdiri professor Hüseyn Xəlilov, kafedranın baş müəllimi Aygün Əliyeva, müəlllimlərdən Sevinc Əmiraslanova və başqalarının verdikləri sualları Rafik Vəiyev ətraflı şəkildə cavablandırıb.
Filialın Mətbuat Xidməti.









































































































































